Dağıstan rəhbəri: “Azərbaycan Dərbəndin bərpasına 1 milyard rubl xərcləyib”

Dağıstan rəhbəri: “Azərbaycan Dərbəndin bərpasına 1 milyard rubl xərcləyib”
# 01 noyabr 2016 09:33 (UTC +04:00)

“Azərbaycan Dərbəndin bərpasına 1 milyard rubl vəsait xərcləyib”.

APA-nın məlumatına görə, bunu Bakıda keçirilən VII Rusiya-Azərbaycan regionlararası forumda çıxışı zamanı Rusiyanın Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov deyib.

O qeyd edib ki, Azərbaycan mədəni cəhətdən zəngin ölkədir: “Bu sahədə böyük potensialdan istifadə etməliyik. Dağıstan qarşılıqlı faydalı əməkdaşlığa açıqdır və biznesin təhlükəsizliyinə zəmanət verir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR