“Azərsığorta” aktivlərini azaldıb

“Azərsığorta” aktivlərini azaldıb
# 29 mart 2018 08:40 (UTC +04:00)

“Azərsığorta” ASC ötən il aktivlərini azaldıb.

APA-Economics” şirkətin saytında yer alan hesabata əsasən xəbər verir ki, “Azərsığorta”nın məcmu aktivləri 2016-cı illə müqayisədə 18% azalaraq 25 mln. 545,168 min manat olub.

Hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 7 mln. 983,997 min manat, qısamüddətli aktivləri 17 mln. 561,171 min manat təşkil edib.

Hesabat dövründə şirkətin öhdəlikləri 34,7% azalaraq 10 mln. 977,351 min manat olub. 2017-ci ildə şirkətin uzunmüddətli öhdəlikləri 10 mln. 891,051 min manat, qısamüddətli öhdəlikləri isə 86,300 min manat təşkil edib.

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı dəyişməyərək 9 mln. manat, cəmi kapitalı isə 1,5% artaraq 14 mln. 567 min 817,47 manat təşkil edib.

2017-ci ildə “Azərsığorta”nın cəmi gəlirləri 48 mln. 834 min 475,74 manat, cəmi xərcləri 45 mln. 201 min 464,27 manat olub.

Şirkət ötən ili 3 mln. 633 min 011,47 manat mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR