Serbiya prezidenti: “Azərbaycanın maraqları baxımından Serbiyada görüləcək çox iş var”

Serbiya prezidenti: “Azərbaycanın maraqları baxımından Serbiyada görüləcək çox iş var”
# 21 may 2018 12:32 (UTC +04:00)

“Azərbaycanın maraqları baxımından Serbiyada görüləcək bir çox işlər var. Eyni səviyyədə bizim də Azərbaycanda görə biləcəyimiz işlər çoxdur”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyevlə geniş tərkibli görüşdə Serbiya prezidenti Aleksandr Vuçiç bildirib.

Serbiya prezidenti deyib ki, iqtisadiyyatımız gücləndikcə Serbiya şirkətləri Azərbaycana cəlb oluna bilər: “Bu il Serbiyada iqtisadi artım 4,5 faiz olub. Məndə olan məlumata görə, Azərbaycanın da qeyri-neft sektorunda 3 faiz artım olub. Bu münasibətlə Sizi səmimi-qəlbdən təbrik edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR