Bakı baş verən avtobus qəzası ilə bağlı cinayət işi başlanıb

Bakı baş verən avtobus qəzası ilə bağlı cinayət işi başlanıb
# 12 iyul 2018 09:53 (UTC +04:00)

Bakı baş verən avtobus qəzası ilə bağlı cinayət işi başlanıb.

Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev məlumat verib.

Onun sözlərinə məlum qəza nəticəsində 1 nəfər ölüb, 19 nəfər həkimə müraciət edib. Həkimə müraciət edənlərdən 13 nəfəri ilkin tibbi yardımdan sonra evə buraxılıb, 6 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.

R. Quliyev həmçinin qeyd edib ki, baş vermiş hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, hazırda istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında Qaradağ rayonu ərazisində yük maşını 149 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusuna çırpılıb. Nəticədə avtobus aşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR