Gürcüstanın milli azlıqları Rusiyaya müraciət edib

 Gürcüstanın milli azlıqları Rusiyaya müraciət edib
# 14 mart 2018 15:10 (UTC +04:00)

Gürcüstanda yaşayan milli azlıqların nümayəndələri Rusiya rəhbərliyinə müraciət edib.

APA-nın yerli bürosunun məlumatına əsasən, Gürcüstanın Ombudsman Aparatının nəzdindəki Milli Azlıqlar Şurasının üzvləri olan azərbaycanlı, erməni, kürd, yezid, çeçen və digər millətlərin nümayəndələri Sxinvalidə qətlə yetirildiyi bildirilən Gürcüstan vətəndaşı Arçil Tatunaşvilinin meyitinin ailəsinə təhvil verilməsini tələb ediblər.

Müraciət müəllifləri dünya ictimaiyyətini və beynəlxalq təşkilatları Gürcüstanın işğal altında olan ərazilərində insan haqlarının kobud şəkildə pozulması hallarına diqqəti artırmağa çağırıblar.

Qeyd edək ki, 34 yaşlı Gürcüstan vətəndaşı A. Tatunaşvili bu il fevralın 23-də işğal altında olan Sxinvali bölgəsində naməlum şəraitdə ölüb. Gürcüstan hökumətinin davamlı müraciət və səylərinə baxmayaraq, onun meyiti hələ də ailəsinə təhvil verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR