OPEC neftə tələbat üzrə proqnozunu artırıb

OPEC neftə tələbat üzrə proqnozunu artırıb
# 10 avqust 2017 14:20 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2017 və 2018-ci ildə dünyada neftə olan tələbat üzrə proqnozunu artırıb.

APA-Economics” təşkilata istinadən xəbər verir ki, iyul ayındakı hesabatdan fərqli olaraq OPEC avqust ayında açıqladığı hesabatda 2017 və 2018-ci ildə dünyada neftə olan tələbatın artacağını bəyan edib.

OPEC-in hesablamalarına əsasən, 2017-ci ildə dünyada neftə olan gündəlik tələbat 96,5 mln. barel təşkil edəcək ki, bu da iyuldakı proqnozlardan bir qədər çoxdur. Belə ki, OPEC-in iyul ayındakı hesabatında bu göstərici 96,4 mln. barel proqnozlaşdırılıb. Proqnozun yüksəldilməsi bu ilin I yarısında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrdə neft istehlakının artması səbəb olub.

Təşkilatın mütəxəssisləri hesab edir ki, 2018-ci ildə neftə olan tələbat gündəlik 97,8 mln. barel olacaq. Bu isə iyuldakı göstəricidən 0,2 mln. barel çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR