Ukrayna XİN: “Şərq Tərəfdaşlığı” daha səmərəli olmalıdır

Ukrayna XİN: “Şərq Tərəfdaşlığı” daha səmərəli olmalıdır
# 30 iyun 2015 03:59 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün Minskdə Ukrayna XİN rəhbərinin müavini Natalya Qalibarenko bildirib.

“Biz kifayət qədər səmimi olaraq deməliyik ki, Aİ-nin “Şərq Tərəfdaşlığı” təşəbbüsü bölgədəki mürəkkəb vəziyyət, çağırışlar və Ukraynanın dramatik hadisələrlə üzləşməsi kontekstində daha səmərəli olmalıdır”, deyə Qalibarenko Minskdə “Şərq Tərəfdaşlığı”nın nazirlər səviyyəsində keçirilmiş görüşdə bildirib.

Onun sözlərinə görə, tərəflərin bu məqsədə çatmaq üçün tədbirlər planı olduğunu bildirib: “Məhz indi heç vaxt olmadığı kimi Aİ-nin tərəfdaş ölkələrlə siyasi və iqtisadi həmrəyliyi çox vacibdir”, deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR