Bakı və Abşeronda avtomobil yanıb

Bakı və Abşeronda avtomobil yanıb
# 21 noyabr 2017 22:42 (UTC +04:00)

Bakı və Abşeronda yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Qaradağ rayonunda “Jeep” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğından ərazidəki elektrik dirəkləri mühafizə olunub.

Abşeron rayonunda "UAZ" markalı yük avtomobilinin mühərrikində elektrik naqilləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR