Gəncədə avtomobil qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb

Gəncədə avtomobil qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb
# 04 dekabr 2017 16:05 (UTC +04:00)

Gəncədə avtomobil qəzasında ağır bədən xəsarətləri alan 56 yaşlı kişi xəstəxanada ölüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu ilin oktyabrın 27-də şəhərin Atatürk prospektində “VAZ 21011” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində ağır bədən xəsarətləri alan, “VAZ”da olan 1961-ci il təvəllüdlü Vidadi Hümbətov bu gün xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, qəzada avtomobildə olan V. Hümbətovun oğlu, 2003-cü il təvəllüdlü Ümid Hümbətov də bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin səyinə baxmayaraq, 14 yaşlı Ümidin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR