Pentaqon: Suriyanın bombalanan bazasında kimyəvi silah olub

Pentaqon: Suriyanın bombalanan bazasında kimyəvi silah olub
# 07 aprel 2017 05:43 (UTC +04:00)

ABŞ Müdafiə Nazirliyi raket zərbəsinin endirildiyi Suriya ordusunun aviabazasında kimyəvi silahların saxlanıldığını iddia edir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Ceff Devisin bəyanatında bildirilir.

“Suriyanın “Şəyrat” aviabazası kimyəvi silahların saxlanılması üçün istifadə edilib. ABŞ kəşfiyyatının məlumatına görə, aprelin 4-də kimyəvi silahlardan istifadə etmiş təyyarələr məhz bu aerodromdan havaya qalxıb. Zərbə kimyəvi silahdan istifadənin təkrarlanmasının qarşısını almaq məqsədi ilə endirilib”, - deyə Ceff Devisin bəyanatında bildirilir.

Qeyd edək ki, prezident Donald Tramp Suriya komandanlığının kimyəvi silahın istifadəsi üçün yararlandığı aerodroma raket zərbəsinin endirilməsinə dair göstəriş verdiyini bildirib.

ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən 59 qanadlı raketin buraxıldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR