Topaz Premyer Liqasının (TPL) 2017/18 mövsümündə hakimlər 431 sarı və 21 qırmızı vərəqə göstərib. Apasport.az saytının məlumatına görə, daha 22 sarı vərəqə oyunun gedişində qırmızıya çevrilib.
Meydandan qovulan 21 oyunçudan 11-i ikinci sarı vərəqə, 10-u isə birbaşa cəzalanıb. 4 komanda – “Neftçi”, “Qəbələ”, “Qarabağ” və “Keşlə”nin oyunçuları dörd dəfə belə sərt cəzaya məruz qalıb.
“Zirə” 3, “Kəpəz” 2 dəfə belə halla üzləşib. Yalnız iki komanda – “Səbail” və “Sumqayıt” qırmızı vərəqə ilə cəzalanmayıb.
Sarı vərəqə sayında “Zirə” antirekordçudu – 68 dəfə. Ən az – 42 xəbərdarlıq isə “Qarabağ”a edilib.
Mövsümün ən intizamlı komandası “Sumqayıt”dı. 50 “sarı”sı olan Samir Abasovun komandası qırmızı vərəqəylə üzləşməyib. “Səbail” liderdən cəmi 2 xəbərdarlıq çox alıb.
Premyer Liqanın ən intizamsızı isə “Zirə”di. 68 sarı və 3 qırmızı vərəqə alan paytaxt təmsilçisinin 80 cərimə xalı var. Qırmızı vərəqənin 3, sarının isə 1 xalla hesablandığı bu sistemlə “Qəbələ” 71, “Keşlə” 66 xala malikdi.
yer |
klublar |
sarı vərəqə |
qırmızı vərəqə |
cərimə xalı |
1 |
Sumqayıt |
50 |
0 |
50 |
2 |
Səbail |
52 |
0 |
52 |
3 |
Qarabağ |
42 |
4 (2) |
54 |
4 |
Neftçi |
50 |
4 (1) |
62 |
5 |
Kəpəz |
56 |
2 (1) |
62 |
6 |
Keşlə |
54 |
4 (1) |
66 |
7 |
Qəbələ |
59 |
4 (4) |
71 |
8 |
Zirə |
68 |
3 (1) |
80 |