SOCAR yanvar-oktyabr aylarında neft hasilatını 2% azaldıb

SOCAR yanvar-oktyabr aylarında neft hasilatını 2% azaldıb
# 20 noyabr 2017 15:11 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında SOCAR 6 mln. 198,3 min ton neft hasil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 1,9% azdır.

APA-Economics”in məlumatına görə, bu barədə SOCAR-ın statistik məlumatlarında deyilir.

Bu ilin oktyabr ayında SOCAR tərəfindən 619 min ton neft hasil olunub ki, bu da ötən ilin oktyabr ayı ilə müqayisədə 3,47% azdır. Bu ilin sentyabr ayı ilə müqayisədə isə neft hasilatının həcmi 0,51% çoxdur.

2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft hasilatının ümumi həcmi 32 mln. 151,7 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,4% azalma deməkdir.

Bu ilin oktyabr ayında isə Azərbaycan üzrə hasilat 3 mln. 330,9 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% azdır. Bu ilin sentyabr ayı ilə müqayisədə isə neft hasilatı 3,45% azdır.

2016-cı ildə SOCAR üzrə neft hasilatı 7 mln. 521 min ton olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR