Boris Conson seçkilərdən sonra Nazirlər Kabinetinin ilk iclasını keçirib

Boris Conson seçkilərdən sonra Nazirlər Kabinetinin ilk iclasını keçirib
# 17 dekabr 2019 16:06 (UTC +04:00)

Böyük Britaniyanın Baş Naziri Boris Conson növbədənkənar parlament seçkilərindən sonra Nazirlər Kabinetinin ilk iclasını keçirib.

APA-nın yerli bürosunun xəbərinə görə, iclas zamanı B. Conson bildirib ki, Nazirlər Kabineti seçicilərin etimadını doğrultmalı, ölkəni daha da inkişaf etdirməyə səy göstərməlidir.

“Seçicilər bizi dəstəkləyərək hökuməti və partiyamızı daha yaxşı istiqamətdə çalışmağa sövq ediblər”, - deyə Baş Nazir vurğulayıb.

Xatırladaq ki, Böyük Britaniyada keçirilən növbədənkənar parlament seçkilərində B. Consonun sədrlik etdiyi Mühafizəkarlar Partiyası qalib gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR