Bakıda keçmiş məhkum avtomobil oğurlayıb

Bakıda keçmiş məhkum avtomobil oğurlayıb
# 17 dekabr 2019 13:23 (UTC +04:00)

Bakıda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 16-da Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Sultanov dekabrın 14-də Biləcəri qəsəbəsi ərazisindən “Honda” markalı avtomobilinin qaçırıldığını bildirilib.

Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Görülmüş tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş S.Kazımov həmin gün qəsəbə ərazisində avtomobillə birgə saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR