FHN işçilərinin Həmkarlar İttifaqı Heydər Əliyevin 95 illiyi ilə bağlı Naxçıvana səfər təşkil edib

FHN işçilərinin Həmkarlar İttifaqı Heydər Əliyevin 95 illiyi ilə bağlı Naxçıvana səfər təşkil edib
# 23 iyul 2018 13:48 (UTC +04:00)

Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və nazirliyin Aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən komitə sədrlərinin iştirakı ilə Naxçıvan şəhərinin tarixi yerlərinə, muzeylərinə səfər təşkil edib.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəlcə qonaqlar "Əcəmi" seyrangahında Heydər Əliyevin büstünü və Naxçıvan şəhərinin mərkəzi meydanındakı abidəsini, həmçinin Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Muzeylə tanışlıq zamanı iştirakçılara Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında ətraflı məlumat verilib, muzeyin yaranma tarixindən danışılıb. Heydər Əliyevlə bağlı xatirə və məlumatları, eksponatları özündə əks etdirən muzeylə yaxından tanışlıq zəngin təəssürat yaradıb.

Sonra Naxçıvan Dövlət Tarix Muzeyi və Naxçıvan Xalça Muzeyi ilə tanış olan iştirakçılar burada olan nadir eksponatları maraqla izləyiblər.

Səfər proqramı çərçivəsində qonaqlar “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi, “Naxçıvanqala” Tarixi Memarlıq kompleksi və "Xan Sarayı" Dövlət Tarix-Memarlıq və Açıq Səma Altında Muzey Kompleksi ilə də yaxından tanış olub, bu tarixi abidələr haqqında ətraflı məlumatlar alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR