"NBC Bank"ın problemli kreditləri 3,3% artıb

"NBC Bank"ın problemli kreditləri 3,3% artıb
# 11 aprel 2017 07:42 (UTC +04:00)

"NBC Bank" ASC-nin aktivlərinin həcmi 2017-ci ilin I rübündə 165,268 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 4% çoxdur.


Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 4,4% artaraq 126,264 mln. manat olub. Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi ilin əvvəli ilə müqayisədə 3,3% artaraq 13,790 mln. manat olub. Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində çəkisi 10,13%-ə bərabərdir.


Depozit portfeli hesabat dövrü ərzində 108,092 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 68,901 mln. manata çatıb. Yanvar-mart ayları ərzində bankın öhdəliklərinin həcmi 5,6% artaraq 111,937 mln. manata yüksəlib.


Bankın məcmu kapitalı 0,75% artaraq 53,197 mln. manata çatdığı halda,

nizamnamə kapitalı dəyişməyərək 64 mln. manat təşkil edib.

2017-ci ilin 3 ayı ərzində bankın gəlirləri 4,441 mln. manat, xərcləri isə 3,334 mln. manat təşkil edib.

Qeyd edək ki, cari ilin 3 ayını "NBC Bank" 80,5 min manatlıq zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR