Bakıda ticarət mərkəzində liftin təmiri zamanı 28 yaşlı oğlan ölüb

Bakıda ticarət mərkəzində liftin təmiri zamanı 28 yaşlı oğlan ölüb
# 10 dekabr 2017 18:16 (UTC +04:00)

Bakıda bədbəxt hadisə nəticəsində 28 yaşlı oğlan ölüb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xətai rayonu ərazisində "AMAY" ticarət mərkəzindəki liftin təmiri zamanı 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, liftə təmir işləri görən 1989-cu il təvəllüdlü Şərifov Səfa Ramiz oğlu liftin xarici divarı ilə şaxtanın divarı arasında sıxılmış vəziyyətdə qalaraq vəfat edib.

Xilasedicilər S.Şərifovun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR