BFB-də Maliyyə Nazirliyinin 15 mln. manatlıq istiqrazları yerləşdirilib

BFB-də Maliyyə Nazirliyinin 15 mln. manatlıq istiqrazları yerləşdirilib
# 05 fevral 2020 17:44 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0105003781 ISIN-li, 15 mln. manatlıq, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 95,5155 AZN (9%) və 103,77 AZN (4,5076%) olan 20 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 102,1731 AZN (5,3399%) orta ölçülmüş qiyməti 102,3171 AZN (5,2642%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 70 679 600 manat yerləşdirilmiş həcmi isə 15 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 2025-ci ilin fevralın 1-dir.

Hərrac iştirakçıları 6 fevral 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR