Milli Məclisin yaz sessiyasında sonuncu plenar iclasının gündəliyi müəyyənləşib

Milli Məclisin yaz sessiyasında sonuncu plenar iclasının gündəliyi müəyyənləşib
# 22 may 2018 15:04 (UTC +04:00)

Milli Məclisin yaz sessiyasında sonuncu plenar iclasının gündəliyi müəyyənləşib.

APA-nın xəbərinə görə, gündəliyə 20 məsələ daxil edilib. Bunlar “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihələri, Torpaq Məcəlləsinə dəyişiklik və digər məsələlərdir.

Qeyd edək ki, sonuncu iclas mayın 31-də keçiriləcək. İyunun 12-də isə bir qrup deputatın müraciəti əsasında növbədənkənar sessiya çağırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR