Brüsseldə “Şərq Tərəfdaşlığı” ölkələri liderlərinin rəsmi qarşılanma mərasimi keçirilib

Brüsseldə “Şərq Tərəfdaşlığı” ölkələri liderlərinin rəsmi qarşılanma mərasimi keçirilib
# 24 noyabr 2017 09:43 (UTC +04:00)

Brüsseldə “Şərq Tərəfdaşlığı” ölkələri liderlərinin rəsmi qarşılanma mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə iştirak etmək üçün Brüsselə səfər edən Azərbaycan prezidenti İlham Əliyevi Avropa Komissiyasının prezidenti Jan klod Yunker, Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk və Avropa İttifaqı Şurasına bu il sədrlik edən Estoniya baş naziri Juri Ratas qarşılayıblar.

Qeyd edək ki, bu gün Brüsseldə keçiriləcək “Şərq tərəfdaşlığı” sammitində Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistan, habelə Avropa İttifaqı ölkələrinin rəhbər şəxsləri ilə xarici işlər nazirləri iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR