Boris Conson: "Rusiya barəsində yanıldım"

Boris Conson: "Rusiya barəsində yanıldım"
# 23 dekabr 2019 18:29 (UTC +04:00)

"Həqiqətən Rusiya ilə əlaqələrin yenidən qurulub-qurulmaması ilə bağlı məsələdə fikrim dəyişib".

APA-nın xəbərinə görə, bunu Böyük Britaniyanın Baş Naziri Boris Conson "The Spectator" jurnalının sualına cavab verərəkən deyib.

"Siz nə barədə fikrinizi dəyişdirmisiniz" sualına cavab olaraq B. Conson bildirib ki, Rusiya ilə əlaqələrin yenidən qurulub-qurulmaması ilə bağlı məsələdə fikri dəyişib.

"Bir çoxunun düşündüyü kimi, mən də həqiqətən Rusiya ilə yenidən münasibətlərə başlaya biləcəyimizi düşünmüşdüm. Rusiya faşizmə qarşı birgə mübarizə apardığımız böyük bir ölkədir. Çox təəssüf ki, yanıldım", - deyə Baş Nazir qeyd edib.

Xatırladaq ki, daha əvvəl B. Conson Rusiyanın Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı referendumun nəticələrinə təsir göstərməyə çalışması barədə təklifi rədd edib. O, bu fikri Bermud üçbucağı nəzəriyyəsi ilə müqayisə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR