Gəncədə ev yanıb, bir nəfər xəsarət alıb

Gəncədə ev yanıb, bir nəfər xəsarət alıb
# 03 yanvar 2017 10:30 (UTC +04:00)

Gəncə şəhərində ev yanıb. APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 1-də saat 05 radələrində Gəncə şəhərində yaşayan Asiman Məlikovun evində yanğın baş verib.

Nəticədə evin 24 kvm. sahəsində yanar konstruksiyaları və oradakı əşyalar yanıb. A.Məlikovun xəsarət almış arvadı Aysel xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR