Lənkəranda minik və yük maşınları toqquşub, bir nəfər xəsarət alıb

Lənkəranda minik və yük maşınları toqquşub, bir nəfər xəsarət alıb
# 01 aprel 2018 13:31 (UTC +04:00)

Bu gün Lənkəranda minik və yük maşınları toqquşub, bir nəfər xəsarət alıb.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Digah kəndi ərazisində qeydə alınıb.

"Niva" markalı minik avtomobil ilə "Ford" markalı yük maşınının toqquşması nəticəsində Astara rayonunun Ərçivan kənd sakini yaralanıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 1968-ci il təvəllüdlü Hüsniyyə Xosaxan qızı Baxşıyeva təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlər tərəfindən ilk yardım göstərilən H. Baxşıyevanın vəziyyəti orta-ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR