AKP-nin Türkiyə parlamenti sədrliyinə namizədinin adı bəlli olub

AKP-nin Türkiyə parlamenti sədrliyinə namizədinin adı bəlli olub
# 22 fevral 2019 12:26 (UTC +04:00)

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsinə namizədi bəlli olub.

ONA Türkiyə mediasına istinadən xəbər verir ki, AKP bu vəzifəyə millət vəkili Mustafa Şentopun namizədliyini irəli sürüb. Mustafa Şentop hazırda Türkiyə parlamentində AKP millət vəkilləri qrupuna rəhbərlik edir. İxtisasca hüquqşünas olan Mustafa Şentop ardıcıl olaraq 4 çağırışda Türkiyə parlamentində təmsil olunur.

Xatırladaq ki, TBMM-nin keçmiş sədri Binəli Yıldırım martın 31-də keçiriləcək bələdiyyə seçkilərində İstanbul Böyükşəhər bələdiyyəsinə sədrliyə namizəd olduğu üçün spiker postundan istefa verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR