Valeh Ələsgərov: “Azərbaycanın İtaliya ilə ticari əlaqələri Avropa ölkələri arasında birinci yerdədir”

 Valeh Ələsgərov: “Azərbaycanın İtaliya ilə ticari əlaqələri Avropa ölkələri arasında birinci yerdədir”
# 10 sentyabr 2015 13:32 (UTC +04:00)

Parlamentdən APA-ya verilən məlumata görə, V. Ələsgərov Azərbaycanın keçdiyi inkişaf yolundan, Azərbaycan-İtaliya əlaqələrindən, parlamentlərarası münasibətlərdən danışıb.

O qeyd edib ki, Azərbaycan müxtəlif xalqların bərabərhüquqlu şəraitdə yaşadığı tolerant ölkədir. Sədr müavini diqqətə çatdırıb ki, parlamentlərarası əməkdaşlığın inkişafında dostluq qruplarının böyük rolu var: “İki ölkə arasında əlaqələrin daha da genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlər mühüm rol oynayır”. Valeh Ələsgərov qonaqlara Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal iqtisadi layihələr barədə məlumat verib. Bildirib ki, bu gün Azərbaycan Avropa ölkələrinin qaz təminatını ödəməkdə önəmli rola malikdir. Azərbaycanın İtaliya ilə ticari əlaqələri Avropa ölkələri arasında birinci yerdədir.

Söhbət zamanı Valeh Ələsgərov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də danışıbİtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, senator Sercio Divina Azərbaycanda şahidi olduqları inkişaf proseslərindən, ölkələrimiz arasında münasibətlərin inkişafından, xalqımızın qonaqpərvərliyindən məmnunluğunu bildirib. O qeyd edib ki, bu səfər Azərbaycanı daha yaxından tanımağa imkan verəcək və münasibətlərimizin inkişafına təkan olacaq. Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR