Əkin yerlərinin yandırılmasına görə cərimə nəzərdə tutan əlavə MM-in iclasına tövsiyə olunub

Əkin yerlərinin yandırılmasına görə cərimə nəzərdə tutan əlavə MM-in iclasına tövsiyə olunub
# 28 noyabr 2017 09:26 (UTC +04:00)

Azərbaycanda qanunvericilikdə əkin yeri anlayışı təsnif olunur və əkin yerlərinin yandırılmasına görə cəzalar müəyyənləşdirilir.

APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan prezidenti tərəfindən Milli Məclisə təqdim olunmuş qanun layihəsi Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihəyə görə, İnzibati Xətalar Məcəlləsinə 244-1 (Əkin yerlərinin yandırılması) maddəsi əlavə edilir.

Maddədə qeyd olunur ki, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manata qədər, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manata qədər cərimələnəcəklər.

Bununla bağlı “Torpaqların münbitliyi haqqında” qanunda da “əkin yeri” anlayışı təsnif olunur.

Layihələr Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR