Xızıda partlayış baş vermiş hərbi hissənin ətrafında bir gündə 116 ədəd PHS və 121 ədəd partlamış mərmi qalıqları aşkarlanıb

Xızıda partlayış baş vermiş hərbi hissənin ətrafında bir gündə 116 ədəd PHS və 121 ədəd partlamış mərmi qalıqları aşkarlanıb
# 29 noyabr 2017 09:06 (UTC +04:00)

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin noyabrın 28-də birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, noyabrın 28-də hərbi hissənin ətrafına baxış keçirilib, 116 ədəd partlamamış hərbi sursat (PHS), 121 ədəd partlamış-yanmış mərmi qalıqları və 573 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 297 000 kv.m (29.70 ha) ərazi yoxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR