Tacikistanda güc strukturları Ramit dərəsində gizlənən terrorçuları axtarır

Tacikistanda güc strukturları Ramit dərəsində gizlənən terrorçuları axtarır
# 05 sentyabr 2015 08:35 (UTC +04:00)

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Tacikistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Caloladdin Sadriddinov bildirib.

O qeyd edib ki, ötən gün müdafiə nazirinin keçmiş müavini Abdulhalim Nazarzodanın rəhbərli ilə 2 terrorçu qrupun Vəhdət şəhərində Daxili İşlər İdarəsinə və Müdafiə Nazirliyinin Mərkəzi Aparatına hücumu nəticəsində 8 milis əməkdaşı ölüb: “9 terrorçu zərərsizləşdirilib. Daha 6-sı saxlanılıb. Nazarzoda sayı bilinməyən tərəfdarları ilə birlikdə Ramit rayonu ərazisində gizlənib. Bu gecə ölkədə vəziyyət sakit olub. Düşənbənin hər yerində milis postları ilə müdafiə sistemi gücləndirilib. Hər iki istiqamətdə avtonəqliyyatların yoxlanışı aparılır”.

Qeyd edək ki, Tacikistan prezidenti tərəfindən vəzifəsindən azad edilən Abdulhalim Nazarzodaya sadiq qüvvələr Vəhdət şəhərində Daxili İşlər İdarəsinə əməkdaşlarına və Düşənbədə Müdafiə Nazirliyinin Mərkəzi Aparatına hücum edib. Atışma nəticəsində 8 DİN əməkdaşı güllələnib. Hazırda qruplaşma üzvləri Ramit dərəsində gizlənib. Qruplaşmanın zərərsizləşdirilməsi istiqamətində xüsusi əməliyyat həyata keçirilir.

Terrorçularla atəşmada Müdafiə Nazirliyinin 33 əməkdaşının da həlak olduğu barədə məlumatlar yayılsa da, Müdafiə Nazirliyi bu məlumatları təkzib edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR