Əmisi oğlunu qətlə yetirən şəxsin anlaqsız olduğu müəyyən olunub

Əmisi oğlunu qətlə yetirən şəxsin anlaqsız olduğu müəyyən olunub
# 19 oktyabr 2017 09:31 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində əmisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən Famil Hidayətovun məhkəməsi başlayıb.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib. Bildirilib ki, F. Hidayətov qətli anlaqsız vəziyyətdə törədib.

Məhkəmənin baxış iclası oktyabrın 24-də keçiriləcək.

Qeyd edək ki, Şamaxı rayonunun Göylər kənd sakini, 38 yaşlı Famil Hidayətov aralarında yaranmış mübahisə zəminində əmisi oğlu, 46 yaşlı Şəmsəddini bıçaqlayaraq öldürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR