Sumqayıt Təhsil Şöbəsinin yaxınlığında qadın meyiti tapılıb - YENİLƏNİB

Sumqayıt Təhsil Şöbəsinin yaxınlığında qadın meyiti tapılıb - <span style="color: red;">YENİLƏNİB
# 07 avqust 2017 15:57 (UTC +04:00)

Sumqayıtda qətlə yetirildiyi ehtimal olunan qadının şəxsiyyəti müəyyənləşib.

APA-nın məlumatına görə, araşdırmalar nəticəsində meyiti tapılan qadının 35 yaşlı Sevda Vidadi qızı Bayramova olması müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

16:43

Bu gün Sumqayıt şəhərinin Sülh küçəsində, şəhər Təhsil Şöbəsinin binası yaxınlığında qadın meyiti tapılıb.

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, meyitin üzərində zorakılıq əlamətləri aşkar edilib.

Hadisə yerinə dərhal Sumqayıt şəhər Prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu göndərilib. Hadisənin qətl olduğu ehtimal edilir.

Ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq ekspertiza təyin olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR