Türkiyəli iş adamını öldürən Azərbaycan vətəndaşının apellyasiya şikayəti təmin edilməyib

Türkiyəli iş adamını öldürən Azərbaycan vətəndaşının apellyasiya şikayəti təmin edilməyib
# 20 oktyabr 2016 08:23 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiyada Orenburq vilayət məhkəməsi Türkiyə vətəndaşını qətlə yetirən Azərbaycan vətəndaşının apellyasiya şikayətini təmin etməyib. APA-nın “ria56.ru” saytına istinadən verdiyi məlumata görə, məhkəmə cəzanı cəmi 2 ay azaldıb.

Türkiyəli biznesmen Altan Güngörü qətlə yetirən azərbaycanlı Muradxan Cəlilova bu ilin iyununda hökm oxunub. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 9 il 10 ay azadlıqdan məhrum edilib. Bundan başqa, ona iş adamının ailəsinə dəyən mənəvi ziyan qarşılığında təxminən 16 min dollar, maddi ziyan qarşılığında isə təxminən 3 min dollar cəza kəsilib. Daha sonra məhkum apellyasiya şikayəti verib.

Xatırladaq ki, 2015-ci ilin avqustun 23-də Altan Güngör Türkiyədən Moskvaya, oradan da Orenburqa uçub və hava limanından çıxdıqdan sonra itkin düşüb. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində onun üzərində zorakılıq əlamətləri olan cəsədi meşədə basdırılmış şəkildə tapılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR