"AvtoVAZ" bəzi modelləri bahalaşdırıb

"AvtoVAZ" bəzi modelləri bahalaşdırıb
# 09 yanvar 2017 11:50 (UTC +04:00)

VAZ (Volqa Avtomobil Zavodu) cari ilin əvvəlindən etibarən bir sıra modellərin qiymətini artırıb. "APA-Economics" xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında yer alan məlumatda deyilir.

Məlumata əsasən, "Lada Vesta" modeli 3,2%, "Granta" modeli isə 1,6% bahalaşıb.

Bundan öncə bahalaşma 2016-cı ilin may ayında baş verib. 4-5%-lik bahalaşma prosesi "Lada Vesta" və "Xray" modellərini əhatə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR