İranda 6,3 bal gücündə zəlzələ olub

İranda 6,3 bal gücündə zəlzələ olub
# 01 dekabr 2017 04:25 (UTC +04:00)

İranın cənub-şərq hissəsində 6,3 bal gücündə zəlzələ olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərinə görə, yeraltı təkanlar Bakı vaxtı ilə 06.32-də Kerman şəhərindən 65 km şimal-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 13 km dərinlikdə olub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Xatırladaq ki, noyabrın ortalarında İranın İraqla həmsərhəd Kermanşah əyalətində 7,2 bal gücündə zəlzələ olub. Nəticədə 505 nəfər ölüb, 12 mindən çox insan xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR