Yevlaxda evdən 32000 dollar və 18645 manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Yevlaxda evdən 32000 dollar və 18645 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
# 10 may 2018 09:11 (UTC +04:00)

Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini A.Süleymanovun evindən qızıl-zinət əşyaları və sənəd oğurlamaqda şübhəli bilinən qrup üzvləri saxlanılıblar.

DİN-dən APA-ya verilən məlumata görə, araşdırmalarla onların şəhər sakinləri Məhərrəm Aslanov və Vəfadar Pənəliyev olduqları müəyyən edilib.

Ətraflarında aparılan tədbirlərlə onların digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, onların aprelin 30-da digər həmyerliləri Rəşad Cabbarovla birgə şəhər ərazisindəki başqa bir evdə seyfdən 32000 ABŞ dolları və 18645 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilib.

Görülmüş tədbirlərlə qrupun digər üzvü - R.Cabbarov da saxlanılıb.

Polis əməkdaşları tərəfindən 10000 ABŞ dolları və qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi onlardan götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR