ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsinə namizəd müəyyənləşib

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsinə namizəd müəyyənləşib
# 22 iyul 2017 08:55 (UTC +04:00)

Donald Trampın politoloq Uess Mitçelli ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsinə təyin edəcəyi gözlənilir.

APA-nın “apsny.ge”-ə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Ağ Ev yayıb. U.Mitçell Avropa siyasətinin təhlili üzrə ekspert mərkəzinin (CEPE) prezidenti və icraçı direktorudur. O, NATO və transatlantik təhlükəsizlik məsələlərinin təhlili və icmalı ilə məşğul olur. Vəzifəyə təyinat alacağı təqdirdə o, Avropa, Avrasiyanın 50 ölkəsi, NATO, Aİ və ATƏT ilə diplomatik münasibətlərə dair məsul şəxslərdən biri olacaq.

Qeyd edək ki, sabiq prezident Obamanın dövründə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini Viktoriya Nuland tuturdu. Prezident Donald Tramp səlahiyyətlərinin icrasına başlayandan dərhal sonra V.Nuland postunu tərk edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR