Bakıda avtobus yoldan keçən şəxsləri vurub

Bakıda avtobus yoldan keçən şəxsləri vurub
# 03 yanvar 2017 09:44 (UTC +04:00)

Bakıda avtobus yoldan keçən şəxsləri vurub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 31-də saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində Ağstafa rayon sakini Həsən Qasımov idarə etdiyi "Daevoo" markalı 173 saylı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Nadir Tahirovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Dekabrın 31-də saat 06 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Hüseyn Hüseynov idarə etdiyi "İsuzu" markalı 62 saylı xətt avtobusu ilə həmyerlisi Səlbinaz Məmmədovanı vurub. Piyada hadisə yerində ölüb.


Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR