Şirvanda avtomobil aşıb, 3 nəfər xəsarət alıb

Şirvanda avtomobil aşıb, 3 nəfər xəsarət alıb
# 25 iyul 2018 23:40 (UTC +04:00)

Şirvanda baş verən qəzada 3 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində baş verib.

Salyan rayonu Qaraçala kənd sakini, 1973-cü il təvəllüdlü Ağarzayev Bəxtiyar Ağakişi oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil sürətlə hərəkətdə olarkən yoldan çıxıb və qaz kəmərinə çırpılaraq aşıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - Qaraçala kənd sakinləri, 1973-cü il təvəllüdlü Ağarzayeva Nazənin Adil qızı və 2008-ci il təvəllüdlü Ağarzayev Əmikişi Fikrət oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR