Kanadada hərbi təyyarə qəzaya uğrayıb

Kanadada hərbi təyyarə qəzaya uğrayıb
# 27 yanvar 2017 21:01 (UTC +04:00)

Kanada Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.

APA-nın xəbərinə görə, bu barədə CBC telekanalı məlumat verib.

İnsidentin Saskaçevan əyalətində qeydə alındığı bildirilir.

İlkin məlumata əsasən, təyyarənin göyərtəsində olan iki pilot katapult edib. Onların həyatlarına təhlükə olmadığı bildirilir. Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR