Tanzaniyada mikroavtobus gölə düşüb, 12 nəfər ölüb

Tanzaniyada mikroavtobus gölə düşüb, 12 nəfər ölüb
# 09 oktyabr 2017 23:48 (UTC +04:00)

Tanzaniyanın şimalında ağır yol qəzası baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, sərnişin mikroavtobusunun Viktoriya gölünə düşməsi nəticəsində 12 nəfər ölüb.

Məlumata görə, sərnişinləri bərə keçidinə aparan nəqliyyat vasitəsi qəflətən yoldan çıxaraq suya düşüb. Üç nəfər hadisənin şahidləri tərəfindən xilas edilib.

Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR