Naxçıvanın xarici ticarət dövriyyəsi 9% artıb

Naxçıvanın xarici ticarət dövriyyəsi 9% artıb
# 23 mart 2018 12:08 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında 41 mln. 786 min 300 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb.

"APA-Economics"in Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 3 mln. 362 min 600 manat və ya 8,75% çoxdur.

Qeyd edək ki, 2017-ci ilin yanvar-fevral aylarında muxtar respublikada 38 mln. 423 min 700 dollar həcmində xarici ticarət dövriyyəsi qeydə alınıb.

İxracın dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,2% artaraq 36 mln. 750 min 200 dollar təşkil edib. Ötən ilin ilk iki ayında bu rəqəm 36 mln. 676 min 800 dollar təşkil edib.

Bu ilin ilk iki ayında 31 mln. 714 min 100 dollar dəyərində müsbət saldo yaranıb ki, bu da 2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə isə 3 mln. 215 min 800 dollar və ya 9,21% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR