Azərbaycan xarici ticarətində müsbət saldo 5,5 mlrd. dollara yaxın olub

Azərbaycan xarici ticarətində müsbət saldo 5,5 mlrd. dollara yaxın olub
# 12 aprel 2018 16:38 (UTC +04:00)

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 5 mlrd. 546 mln. 139,38 min ABŞ dolları təşkil edib.

"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 1 mlrd. 427 mln. 059,63 dollar və ya 34,64% çoxdur.

Ötən üç ay ərzində idxal əməliyyatları 2 mlrd. 191 mln. 105,51 min dollar olub ki, bu da 2017-ci ilin yanvar-mart aylarının göstəriciləri ilə müqayisədə 678 mln. 331,82 min dollar və ya 44,84% çoxdur.

Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 3 mlrd. 355 mln. 033,87 min dollar olub ki, bu da 2017-ci ilin yanvar-mart aylarının göstəriciləri ilə müqayisədə 748 mln. 727,81 min dollar və ya 28,72% çoxdur.

Nəticədə 1 mlrd. 163 mln. 928,36 dollar məbləğində müsbət saldo yaranıb ki, bu da 2017-ci ilin üç ayı ilə müqayisədə 70 mln. 395,99 min dollar və ya 6,44% artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR