Hakerlər Ollandın “Feysbuk” səhifəsini dağıdıb

Hakerlər Ollandın “Feysbuk” səhifəsini dağıdıb
# 31 mart 2017 01:41 (UTC +04:00)

Naməlum hakerlər Fransa prezidenti Fransua Ollandın “Feysbuk” sosial şəbəkəsindəki səhifəsini dağıdıblar. APA-nın BFM TV-yə istinadən verdiyi xəbərə görə, hakerlər prezidentin səhifəsini dağıdaraq, orada onun istefası ilə bağlı “ziyafətə dəvətnamə” dərc ediblər.

Elanda “ziyafət”in mayın 7-də Yelisey sarayında keçiriləcəyi bildirilir. Qeyd olunan postu prezidentin səhifəsindən bir saatdan sonra silmək mümkün olub.

Fransa prezidentinin administrasiyası insidentlə bağlı heç bir şərh verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR