MSK sədri seçkiqabağı təşviqat prosesini dəyərləndirib

MSK sədri seçkiqabağı təşviqat prosesini dəyərləndirib
# 28 mart 2018 11:01 (UTC +04:00)

"Sosial şəbəkələrdə küçə səviyyəsində olan 5-6 şəxsi nəzərə almasaq, seçkiqabağı təşviqatla bağlı hər hansı xoşagəlməz hala rast gəlinmir".

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, sosial şəbəkələrdəki həmin insanlar əslində özlərini hörmətdən salırlar: "İctimai Televiziyada debatlar zamanı isə müəyyən kənara çıxmalar, xoşagəlməz hallar olsa da, bu, ciddi xarakter daşımır. Ümumilikdə, seçkiqabağı təşviqat prosesini normal qiymətləndirmək olar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR