İordaniya şahzadəsi FİFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb

İordaniya şahzadəsi FİFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb
# 09 sentyabr 2015 20:21 (UTC +04:00)

Bakı-APA. İordaniya şahzadəsi Əli bin Əl Hüseyn yenidən FİFA prezidentliyinə namizəd olacaq.

Apasport.az saytının məlumatına görə, bu barədə şahzadə özü məlumat verib.

May ayındakı seçimlərdə hazırkı prezident Yozep Blatterə məğlub olan Əl Hüseyn yenidən dünya futbolunun başına keçmək üçün yarışacaq.

39 yaşlı şahzadə bu dəfə digər futbol funksioneri Mişel Platini ilə mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR