Tramp Putinlə görüşün mükəmməl keçdiyini açıqlayıb

Tramp Putinlə görüşün mükəmməl keçdiyini açıqlayıb
# 08 iyul 2017 10:25 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə G20 sammiti çərçivəsində görüşünün mükəmməl keçdiyini açıqlayıb.

APA-nın məlumatına görə, bu barədə “France-Presse” Agentliyi məlumat yayıb.

Bildirilir ki, D.Tramp bu barədə Böyük Britaniyanın baş naziri Tereza Meylə görüşündə deyib.

Qeyd edək ki, iki ölkə liderinin Hamburqda keçirilən görüşü 2 saat yarım davam edib.

Rusiya prezidenti Vladimir Putin görüşdə kibertəhlükəsizlik, terrorla mübarizə, Suriya və Ukrayna böhranlarının müzakirə olunduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR