BŞİH-ə yeni mətbuat katibi təyin olunub, İsrafil Kərimova başqa vəzifə verilib

BŞİH-ə yeni mətbuat katibi təyin olunub, İsrafil Kərimova başqa vəzifə verilib
# 14 fevral 2020 10:03 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) kadr dəyişikliyi olub.

APA-nın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun əmrilə qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsinə Metin Adil oğlu Hüseynov təyin olunub.

Mətbuat xidmətinin indiyə qədərki rəhbəri İsrafil Kərimov isə İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdir müavini vəzifəsinə təyinat alıb.

Bakı Şəhər İcra Hakimiyyətindən APA-ya faktı təsdiqləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR