Gürcüstanın təhsil naziri Azərbaycana səfər edəcək

Gürcüstanın təhsil naziri Azərbaycana səfər edəcək
# 08 fevral 2018 10:59 (UTC +04:00)

Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli cari ilin aprel ayında Azərbaycana səfər edəcək.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə nazir Azərbaycanın Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı ilə söhbət zamanı bildirib. H. İsaxanlı İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak edir.


H.İsaxanlı bildirib ki, təhsil naziri ilə görüşdə Gürcüstan azərbaycanlılarının təhsil problemləri barədə də fikir mübadiləsi aparılıb: “Nazir bu məsələyə böyük diqqət ayrıldığını bildirdi. Mən Xəzər Universitetinin Gürcüstanda mövcud təhsil problemlərinin həllində məmnuniyyətlə yaxından iştirak etməyə hazır olduğunu söylədim. Bu məsələlərlə bağlı müzakirələrin davam etdirilməsi qərara alındı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR