Penitensiar Xidmət ağacəkmə aksiyası keçirib

Penitensiar Xidmət ağacəkmə aksiyası keçirib
# 05 may 2018 12:07 (UTC +04:00)

Ədliyyə Nazirliyi Penitensiar Xidməti Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib.

APA-nın xəbərinə görə, ətraf mühitin mühafizəsi məqsədilə keçirilən aksiyada ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi ədliyyə general-mayoru Ceyhun Həsənov və xidmətin məsul əməkdaşları iştirak ediblər.

Kütləvi iməclik çərçivəsində Penitensiar Xidmətin əməkdaşları və məhkumlar tərəfindən tabe qurumların həyətyanı sahələri təmizlənib, abadlaşma aparılıb.

Eyni zamanda ətraf ərazilərdə minlərlə ağac əkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR