“Azərpoçt” debit plastik kart buraxır

“Azərpoçt” debit plastik kart buraxır
# 01 fevral 2018 13:25 (UTC +04:00)

“Azərpoçt” MMC ilk dəfə “Debit MasterCard” ödəniş kartlarının emissiyasına başlayıb.

İlk mərhələdə 20 min kartın personallaşdırılması nəzərdə tutulub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “Debit MasterCard” - debit məhsulu olaraq, “MasterCard” Beynəlxalq Ödəniş Sistemi tərəfindən yaradılıb. Sistemin əsas üstünlüyü “Debit MasterCard”ın POS-terminallarda əməliyyatların həyata keçirilməsində elektron ticarət zamanı əməliyyatların icrasına imkan yaratmasıdır. Bu kartların texniki üstünlüyü isə kontaktsız əməliyyatları dəstəkləməsidir. Bu tip kartlarla həyata keçirilən əməliyyatlar zamanı müştərilərin kart hesabına tətbiq olunan rüsumlar digər kart tiplərinə nisbətən daha ucuzdur.

Hər bir fiziki şəxs “Debit MasterCard” tipli ödəniş kartını əldə etmək üçün şəxsiyyətini təsdiq edən sənədlərlə “Azərpoçt” MMC-nin müştəri xidmətləri şöbələrinə müraciət edə bilər. Kartı əldə edən istənilən korporativ və fərdi müştəri üçün rüsumlar 1 illik - 10 manat, 2 illik -18 manat, 3 illik - 24 manat təşkil edir.

“Azərpoçt” MMC ilə əməkhaqqı layihəsində iştirak edən müəssisələrin əməkdaşları üçün rüsumlar 1 illik - 8 manat, 2 illik - 15 manat, 3 illik - 21 manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR