Bakıda hava nisbətən sərinləşəcək - YENİLƏNİB - VİDEO

Bakıda hava nisbətən sərinləşəcək - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 05 avqust 2015 10:00 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Avqustun 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən xəbərə görə, şimal-qərb və şimal küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 23-26, gündüz 30-35 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 30-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-30 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 16-21, gündüz 27-32 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR